Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış jurnalist “Azercell”dən şikayət etdi: “Dəhşətə gəldim”

Tanınmış jurnalist “Azercell”dən şikayət etdi: “Dəhşətə gəldim”

Tanınmış jurnalist “Azercell”dən şikayət etdi: “Dəhşətə gəldim”
2023-12-19 , 15:59

“Xəbəriniz olsun ki, internetdən istifadə “ucuzlaşıb”. Niyəsini indi izah edirəm. Dünən itmiş nömrənin yenisini çıxardım. Elə istədim ki, telefona taxıb istifadə edim, yalançı olmayım, 5-6 dəqiqə olardı. Mobil interneti söndürdüm, vay-faya qoşulduq. Bir az keçmiş mesaj gəldi ki, son istifadə 27 manat. Dəhşətə gəldim. Heç internetə də daxil olmadıq…”

KONKRET.az xəbər verir ki, bunu tanınmış jurnalist Ceyhun Səfər bildirib.
“Müvafiq mobil operatora – “Azercell”ə zəng etdim, dedilər ki, proqram yenilənməsinə və s. elə çıxılır, 1 MB 20 qəpik. Cavab verməyə söz tapmadım. 1 MB 20 qəpik, 1 kubmetr qaz da 20 qəpik. Daha nə oldu ki…” – o qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.