MSK onlarla bağlı qərar verdi
Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Orucla Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.
Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR