Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu ay 16 gün iş olmayacaq

Bu ay 16 gün iş olmayacaq

Bu ay 16 gün iş olmayacaq
2024-03-01 , 15:58

Bu gündən bayramlar ayı sayılan mart daxil olub.

Musavat.com xəbər verir ki, martda 16 gün iş olmayacaq.
Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart tarixləri isə Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə, bu ay bayram, şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 16 gün iş olmayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.