Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Qızım da deputat ola bilər" - Fəzail Ağamalı

"Qızım da deputat ola bilər" - Fəzail Ağamalı

2024-06-13 , 17:28

Sosial şəbəkələrdə deputat Fəzail Ağamalının qızı Günay Ağamalının parlament seçkilərdə iştirak edib, deputat olacağına dair söhbətlər dolaşır.

Bu fikir nə dərəcədə doğrudur?
Yenilik.az xəbər verir ki, Lent.az-a açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, bu söhbətdən xəbəri yoxdur.
"İlk dəfə sizdən eşitdim. Hər halda belə bir şey olsa, birinci mən bilərdim. Ailəmizdə belə bir məsələ müzakirə olunmayıb, müzakirə predmeti deyil. Görünür qızımın sosial şəbəkələrdə fəallığı dəyərli soydaşlarımızda belə güman yaradıb. Lakin birmənalı olaraq, "yox", "ola bilməz" deyə bilmərəm. Qızımın 41 yaşı var. Bütün Azərbaycan vətəndaşları kimi, onun da deputat seçilmək hüququ var, "olmaz" demək onun hüquqlarını tapdalamaq demək olardı. Seçkilərin keçirilməsinə hələ çox var. Qızım tərəfdən belə bir təşəbbüs irəli sürülməyib", - deyə o bildirib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.