Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Drakon"un həbsdən çıxması ən böyük hədiyyədir" — Deputat

"Drakon"un həbsdən çıxması ən böyük hədiyyədir" — Deputat

2024-08-02 , 18:33

"Rzanın azadlığa çıxmasına çox sevindim". 


Yenilik.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında deputat Aqil Abbas aktyor aktyor Rza Rzayevin vaxtından əvvəl azadlığa buraxılmasından danışarkən deyib.

Deputat bunu kino işçilərinin peşə bayram günündə sənət adamlarına edilən hədiyyə adlandırıb.

Xalq artisti Şamil Süleymanov da aktyorun azadlığa buraxılması xəbərinə sevindiyini vurğulayıb:

"Bu gün Milli Kino Günüdür. Həm də eyni zamanda "Baladadaş"ın 50 illik yubileyidir. Rzanın azadlığa çıxması xəbəri isə əsl bayram əhval-ruhiyyəsidir. Rza, qardaşım, aramıza yenidən xöş gəldin. Allah bizim dualarımızı eşitdi. Rza çox yaxşı adamdır, azadlığı mübarək olsun". 

Qeyd edək ki, xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb. Rrza Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib. 

Xatırladaq ki, Rza Rzayev "Dolu" filmində rol aldığı "Drakon" obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.