Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sergey Şoyqu: Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Sergey Şoyqu: Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Sergey Şoyqu: Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir
2024-08-06 , 14:17

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

 
Pravda.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Sergey Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.

Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.