Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Efirləri bayağı ifaçılardan təmizləyə bilmirik” - Video

“Efirləri bayağı ifaçılardan təmizləyə bilmirik” - Video

“Efirləri bayağı ifaçılardan təmizləyə bilmirik” - Video
2024-11-01 , 16:44

“O bayağı müğənniləri məndə verilişimə dəvət etmişəm. Bu gün onları cəmiyyətə necə sırımışıqsa, indi bu bayağı ifaçıların qarşısını ala bilmirik”.

Yenilik.az olay-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Xəbərin var?” maqazin verilişində deyib.

O əlavə edib: “Keçmiş “ANS” televiziyasında eləyə bilmədiklərimizi digər kanallarda asanlıqla elədik və nəticədə bu bayağı ifaçılardan efirləri təmizləyə bilmirik. Pulla efirlərə çıxan müğənnilər sözün ciddi mənasında televiziyanı uçurum qarşısında qoyublar. Sual verəcəklər ki, niyə o bayağı ifaçıları zamanında verilişlərinizə dəvət edirdiniz ki, indi onlar efirdə “ay oynadır”? Çünki biz verilişimizlə reytinq verməli idik. Qarşısımızda cədvəl qoyulurdu ki, verilişin reytinq verməlidir. Nəticədə isə görürük həmin yalvarıb, pul müqabilində efirə çıxmaq istəyən o bayağı ifaçılar indi at oynadırlar və cəmiyyət onları alqışlayır.
3 gündür ki, populyar olub indi verilişə gələndə deyir ki, mənim üçün bu başdan sonra qədər şamlar düzün, güllər gətirin. Ay bacı, sən hələ gəl o şamı, gülü qazan, o sənin haqqın olsun, sonra nələrsə tələb edərsən. 3 dənə fanat əl çalır və düşünürsən ki, artıq ulduzsan”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.