Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Maaşını ala bilməyən işçi “Kral Təbabət”i məhkəməyə verdi

Maaşını ala bilməyən işçi “Kral Təbabət”i məhkəməyə verdi

Maaşını ala bilməyən işçi “Kral Təbabət”i məhkəməyə verdi
2025-01-27 , 15:29

“Kral Təbabət” özəl klinikası köhnə işçisi tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Kral Təbabət”lə bağlı iddianı Abdullayeva Gülnisə Zöhrab qızı qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı klinikadan əmək haqqını tələb edir.
Klinika ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 24 fevral tarixində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Kral Təbabət” klinikasının rəhbəri həkim Asəf Tağıyevdir. O, əvvəllər Naxçıvanın Şərur rayon Aralıq kənd xəstəxanasının baş həkimi olub.
Tərəfləri dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.