Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Çindən "Ford", BMW və "Mercedes"ə zərbə

Çindən "Ford", BMW və "Mercedes"ə zərbə

Çindən
2025-02-18 , 14:41

ABŞ-nin gömrük rüsumlarını artırmasına cavab olaraq, Çin Dövlət Şurası bu ölkədən xammal, kənd təsərrüfatı texnikası və 2.5 litrdən yuxarı mühərrikli avtomobillərin idxalı üzrə tarifləri yenidən nəzərdən keçirib.

Oxu.Az motor.ru-ya istinadən xəbər verir ki, əvvəllər ABŞ-dən idxal olunan avtomobillərə 15% gömrük rüsumu tətbiq olunurdu, indi isə bu rüsum 25%-ə qədər artırılıb.
Ötən il Şimali Amerikadan Çinə üç milyard dollardan çox dəyəri olan avtomobil ixrac edilib, buna görə də, "ticarət müharibələri"nin təsiri əhəmiyyətli olacaq.
Bildirilir ki, bundan ən çox "Ford", BMW və "Mercedes-Benz" kimi markalar zərər görəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.