Bildiyimiz kimi, Sərəncamda serialın çəkilməsi üçün pul ayrılan qurum olan Mədəniyyət və Turizm Nazirliyi 20 aprel 2018-ci ildə Prezidentin Sərəncamı ilə ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Bizim.Media indiyədək serialın çəkilməməsi məsələsini gündəmə gətirərək yazı dərc edib.
“Dədə-Qorqud” serialının ərsəyə gəlməsinə nəyin mane olduğunu, Xalq yazıçısı Anarın təqdim etdiyi ssenariyə nə zaman serialın çəkilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.
Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparılır:
“Xalq yazıçısı Anar tərəfindən təqdim edilmiş ssenarinin qiymətləndirilməsi və maliyyə qaynaqlarının tapılması məsələlərin həlli məqsədilə müzakirələr gedir. Bu proseslər tamamlandıqdan sonra serialın çəkilişi ilə bağlı növbəti mərhələlər müəyyənləşdiriləcək və yekun qərar ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, 2013-cü ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olub. O, 2006-2018-ci illərdə nazirliyə rəhbərlik edib.