Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezidentin “Maşallah, sənin də yumruğun yaxşıdır” dediyi sakin mətbuata danışdı

Prezidentin “Maşallah, sənin də yumruğun yaxşıdır” dediyi sakin mətbuata danışdı

Prezidentin “Maşallah, sənin də yumruğun yaxşıdır” dediyi sakin mətbuata danışdı
2025-02-21 , 16:50

“Dünən bizim üçün çox qürurlu, gözəl gün oldu, cənab Prezidentlə görüşdük”. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ballıca kənd sakini Sərxan Həsənov söyləyib.

O, Prezident İlham Əliyevlə görüşün xoş təəssüratlarını ifadə edərək deyib: “Prezidentlə görüş zamanı içimdən ani bir hiss gəldi. Onun əlini sıxıb, “Ali Baş Komandan, “dəmir yumruq” buradadır”, – dedim. Bu sözləri mən mənfur düşmənlərə eşitdirdim. Mən özüm pəhləvan nəslindənəm. Cənab Prezident də “Çox sağ olun. Maşallah, sənin də yumruğun yaxşıdır”, – dedi. Prezidentin bizimlə görüşməsi ruh yüksəkliyini daha da artırdı”.
Ballıca sakini kənddə yaradılan şəraitdən razı qaldığını bildirib: “Doğma torpaqlarımızı tərk edəndə 3 yaşım var idi. İndi dörd övladım, atam və qardaşımla qayıtmışam. Ballıca kəndində sakinlər üçün hər cür şərait yaradılıb. Qaz, su, istilik sistemi, təhsil ocaqları, bir sözlə hər şey yüksək səviyyədədir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.