Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bir yas məclisini buraxmıram, hamısına gedirəm” - Əhəd Abıyev

“Bir yas məclisini buraxmıram, hamısına gedirəm” - Əhəd Abıyev

“Bir yas məclisini buraxmıram, hamısına gedirəm” - Əhəd Abıyev
2025-02-22 , 17:52

“Toylara pul göndərirəm, amma bir yas məclisini buraxmıram. İndi də Şəmsəddin Xanbabayevin 40 mərasimindən qayıdıram”. Bunu Musavat.com-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev deyib.

 
“Təqaüdə çıxmışam. Buna görə də zamanım imkan verir ki, belə məclislərə gedim. Arada xoş, təravətli, məlahətli səsi olan jurnalistlər, insanlar zəng edib yada salır. Mən belə zənglərdən mənəvi qida alıram. Məni yada salan hər kəsə təşəkkür edirəm. Hər şey qaydasındadır, yaxşıyam”,-deyə Əhəd Abıyev bildirib.
 
Xatırladaq ki, Əhəd Abıyev 2023-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. O, bu vəzifəyə dövlət başçısının 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə təyin edilmişdi.
 
Keçmiş icra başçısı 15 yanvar 1958-ci ildə Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.
 
Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olub.
 
1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
 
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
 
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
 
Ailəlidir, iki övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.