Hərbi xidmətdə 10 barmağını itirən şəxsin müavinəti niyə kəsilib? – Video

İkinci qrup əlilliyi olan Mingəçevir rayon sakini Tural Zamanovun müavinəti 4 ildir kəsilib.
“10 il pensiya almışam. 2021-ci ildən bəri diaqnozum əlilliyi təyin etməyə imkan vermir. Bununla bağlı dəfələrlə müraciətlər də etmişəm. Amma heç bir köməklik göstərilməyib. İki övladım var. Anam da onkoloji xəstədir. Səhhətimizlə əlaqədar heç yerdə işləyə bilmirik”, – o bildirib.
2015-ci ildə Tural Zamanova dövlət tərəfindən avtomobil da verilib. Lakin 2021-ci ilin iyun ayında ona verilən 480 manat müavinət dayandırılıb. Səbəb kimi isə diaqnozun əlillik təyinatına imkan verməməsi göstərilib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, vətəndaş yenidən qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir.
Daha ətraflı süjetdə:
OXŞAR XƏBƏRLƏR