Sumqayıt-Bakı ekspress qatarı “PAZ” avtobusuna çevrilir? (FOTOLAR)
Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən Ekspress qatarında böyük sıxlıq yaranıb. Sərnişinlər ayaq üstə qalıb və böyük narahatlıq keçirib. Amma Sumqayıt stansiyasından qatara minəndə dispetçerlər bildirirdi ki "...buyurun, qarşı vaqonda boş yerlər var..." Təsəvvür edin ki, əslində isə boş yerlər dedikləri ayaqüstü yerlər imiş. Bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatıb.
Məlum olub ki, qatarın vaqonlarının sayı xeyli azaldılıb - vaqon sayı da 11-dən 7-yə endirilib. Özü də məhz həftənin əvvəli, bazar ertəsi. İndi də rayonlara gedənlərə görəmi?!
Maraqlıdır ki, buna qədər Express qatarının vaqon sayındakı qeyri-stabillik əsasən cümə günləri və bayramlar öncəsi olurdu. Daha əvvəl Sumqayıt sakinlərinə qarşı bu haqsızlığa rayonlara səfər edənlərin say çoxluğu, yüksək tələbatla haqq qazandırırdılar.
Bəs bu gün - həftənin əvvəli nə baş verdi?
Ümumiyyətlə, nə üçün istədikləri vaxt vaqon sayını azaldıb bölgələrə hərəkət edən qatarlara qoşmalıdırlar?! Məgər Sumqayıtdan Bakıya hərəkət edənlər pulunu ödəyib rahatlıq istəyən sərnişinlər deyil?!
Və nə üçün öncədən birdəfəlik elan edilmir ki, məsələn, ekspress qatarında vaqonlar azalacaq, daha 7 vaqon olacaq, agah olun! Sərnişinlər bunu əvvəldən bilib ya Pirşağı qatarına minmək üçün yeraltı keçid istiqamətində hərəkət etsinlər, yaxud vağzala gəlmə zamanlarını digər reyslərə uyğun planlasınlar.
Problemlər bununla bitmir. Daha betəri isə budur ki, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi daha praktik reyslər olsa da, hazırda onların hər biri tarixin yaddaşına qovuşub. Saat 07:20-dən 08:12-dək olan intervala 2 dənə köhnə tipli vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq olan köhnə tipli Express qatarları fəaliyyət göstərir. Əvvəllər təhlükəsizlik baxımından platforma ilə qatarın ensiz olması səbəbindən arada boşluq olduğu üçün pandus da qoyurdular. Daha bunu da yığışdırdılar. Və artıq bu "expresslər" sıxlığına və narahatlığına görə 90-cı illərdə Sumqayıt-Bakı yolu işləyən "PAZ” avtobuslarını xatırladır. Görəsən, biz keçmişə qayıdırıq, ya inkişaf etmək istəyirik? Bəlkə bu qərarı verənlər nostalji yaşamaq istəyir?
Axı "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı var. Bu sərəncamdan irəli gələn böyük işlər və məsuliyyətli fəaliyyətlər gözlənilir. Amma beləmi?!...
Qazancınızı, rentabelli çalışmaq istəklərinizi normal qarşılayırıq, amma insanların rahatlığını da düşünün, cənablar!
Edilən müraciət əsasında qarşı tərəfin də mövqeyi işıqlandırılacaq.
Elnur Ağayev
Xeberle.com



OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Fazil Mustafanın matəm günləri ilə bağlı təklifinə etirazlar
Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarına başlanılır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi"
"Bona Dea xəstəxanası nəyə görə Nəzrin Mansurovnın maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamır?"
Ramiz İsmayılov: "Ermənilərin yalanları ifşa olunduğu üçün Fransanın timsalında dünyanın bəzi güclərinin qoltuğuna sığınır"-MÜSAHİBƏ
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsi: Prezident İlham Əliyevin strateji baxışı və 2026–2030-cu illər Dövlət Proqramının mahiyyəti 2026-06-13 , 02:19
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim" 2026-06-12 , 17:28
Bakı Metropoliteni ilə bağlı 180 milyon dollarlıq kredit sazişi imzalandı - Bu stansiyalar yenidən qurulacaq 2026-06-12 , 17:27
"Qurtuluş"un rəhbəri hakim qarşısında... 2026-06-12 , 16:50
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz” 2026-06-12 , 16:39
"Yaxın saatlarda təkanlar gözlənilir" - Qurban Yetirmişli 2026-06-12 , 16:37
“Nazlanma”nın müəllifindən Vasif və Vəfaya: “Bunlar nə cür müğənnidir?” 2026-06-12 , 16:29
Azərbaycanda güclü zəlzələ oldu - Yenilənib 2026-06-12 , 16:28
"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?" - VİDEO 2026-06-12 , 15:40
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim” 2026-06-12 , 15:33
"Sənət adamının paxıllıq etməsi ucuzluqdur" 2026-06-12 , 15:31
Məşhur aparıcı ana oldu - VİDEO 2026-06-12 , 15:26
"Mahnımı oxuyub, məni adam yerinə qoymadı" - VİDEO 2026-06-12 , 15:21
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”: 2-3 nəfər evinə çıxa bilir - VİDEO 2026-06-12 , 15:19
Həmin şagird hoteldə ölübmüş 2026-06-12 , 15:18
İlon Mask dünyanın ilk trilyonçusu oldu 2026-06-12 , 15:16
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu 2026-06-12 , 15:15
Maliyyə nazirindən önəmli açıqlamalar 2026-06-12 , 15:13
Xalq artistinin İrəvanda səslənən mahnısı: “Çünki o bəstədə həmin sözlərə ehtiyac vardı” 2026-06-12 , 15:12
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı 2026-06-12 , 15:11
Aysundan ŞOK AÇIQLAMA: "Dost sənin cibindir" - VİDEO 2026-06-12 , 15:06
"Bu, son evliliyimdir" - VİDEO 2026-06-12 , 14:59
Sahil Babayev parlamentdə nikbin danışdı 2026-06-12 , 14:55
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu 2026-06-12 , 10:48
Azərbaycan iqtisadiyyatında yeni mərhələ: dayanıqlılıq, şaxələndirmə və gələcəyə investisiya 2026-06-12 , 03:10
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama 2026-06-11 , 15:15
“Bravo”da zay kolbasa – FOTO 2026-06-11 , 15:07
Vəkillər Kollegiyasının nümayəndə heyətinin Naxçıvan səfəri - VİDEOİCMAL 2026-06-11 , 15:05
Məhərrəm ayı və Aşura gününün tarixi açıqlandı 2026-06-11 , 14:55
"Aktrisa botoks etdirməməlidir"- Dilarə Əliyeva 2026-06-11 , 14:52
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi 2026-06-11 , 14:49
Nigar Şabanovadan etiraf: “Sirlərimi saytlara ötürdülər” - VİDEO 2026-06-11 , 14:31
Xalq artistinin mahnısı ilə Paşinyanı təbliğ ediblər - VİDEO 2026-06-11 , 14:06
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur” 2026-06-11 , 14:05
Fədayə Laçının rus dili "imtahan"ı — VİDEO 2026-06-11 , 14:04
Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı 2026-06-11 , 14:02
Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU 2026-06-11 , 14:02
Cəlalə Nəzəroğlu: “Deputatlar ən adi sadə mətni belə bədahətən danışa bilmirlər, kağızdan oxuyurlar, üstəlik yaxşı oxumurlar” 2026-06-11 , 13:58
"14 övladımın olmasını istəyirdim" 2026-06-11 , 13:57
“Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” – QALMAQALLI AÇIQLAMA 2026-06-11 , 13:53
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi 2026-06-11 , 00:49
Ərdoğan Netanyahuya xəbərdarlıq etdi 2026-06-10 , 16:45
“İndiki müğənnilər o əziyyəti çəkməz” - Ruhəngiz Allahverdiyeva 2026-06-10 , 14:58
“Azercell” son vaxtlar ən çox pislənən mobil operatordur – Jurnalist 2026-06-10 , 14:57
Həkim :”Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir” 2026-06-10 , 14:56
Abel Məhərrəmova vəzifə verildi 2026-06-10 , 14:53
"Zəng edib deyir ki, toya gəlməsən də pulu at kartıma" 2026-06-10 , 14:43