Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıt teatrının sənət yolu “Müşahidə” filmində əks olunub

Sumqayıt teatrının sənət yolu “Müşahidə” filmində əks olunub

Sumqayıt teatrının sənət yolu “Müşahidə” filmində əks olunub
2026-05-06 , 19:48

Sumqayıt Dövlət Dram Teatrının tarixi, zəngin sənət ənənələri və müasir fəaliyyətini əks etdirən “Müşahidə” adlı qısametrajlı film çəkilib.

Teatrdan Yenilik.az -a bildirilib ki, “Etalon” platforması tərəfindən ərsəyə gətirilən ekran işi uzun illər Sumqayıt teatrında fəaliyyət göstərmiş mərhum aktyor Yalçın Səlimovun xatirəsinə ithaf olunub.
Filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur.
Filmin Sumqayıt teatrında təqdimatı keçirilib. Nümayişdən sonra Sumqayıt Dövlət Dram Teatrı Yaradıcılıq şöbəsinin müdiri Xalq artisti Firudin Məhərrəmov çıxış edərək teatrın rəhbərliyi və kollektivi adından layihənin müəlliflərinə təşəkkürünü bildirib.
Rejissor Xəyalə Pircanova ekran işinin ideyası, yaranma prosesi və əsas məramı haqqında ətraflı məlumat verib.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.