Xalq artistindən Yusif Eyvazova ittihamlar: "Bu, rüsvayçılıqdır" (MÜSAHİBƏ)
Akademik Opera və Balet Teatrında gərginlik davam edir. Teatrın direktoru, Xalq artisti Yusif Eyvazov ilə solistlər arasında yaranan mübahisə hələ də həllini tapmayıb. Mübahisənin əsas səbəbi direktorun işə gecikən əməkdaşların əmək haqlarını kəsməsidir. Hətta bu əməkdaşlar arasında 44 günlük müharibə veteranı Atəş Qarayev də var.
Bundan əlavə, direktor repertuarda olan operaların baş rollarını ya özü, ya da müavini oynayır. Solistlər bu hərəkəti özlərinə qarşı hörmətsizlik kimi dəyərləndirirlər.
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov Qaynarinfo-ya müsahibəsində vəziyyəti dəyərləndirib.
- Opera və Balet Teatrında nə baş verir?
- Teatrda solistlərlə rəhbərlik arasında narazılıqlar mövcuddur və bu hal hələ də davam edir. Solistlərə qarşı hörmətsizlik göstərilir.
- Lakin sabiq direktor Akif Məlikovun dövründə də narazılıqlar olurdu. Yusif Eyvazova qarşı yaranan narazılığın kökündə nə dayanır?
- Sabiq direktorun dövründə müəyyən problemlər olurdu, amma solistlərə qarşı belə hörmətsizliklər yox idi. Bu hörmətsizliklərin səbəbkarı direktor və onun ətrafıdır. Onlar elə bir vəziyyət yaradıb ki, artıq bizi açıq şəkildə təhqir etmək səviyyəsinə çatdırıblar.
- Solistlərdən konkret tələb nədir?
- Direktora sual versələr ki, solistlərdən nə istəyirsiniz, cavabını özü də bilmir. Teatrın inkişafı üçün heç bir addım atılmır. Mən onun Opera və Balet Teatrına direktor kimi gəlməsini dəstəkləmişdim, hətta çox sevindim və ümid edirdim ki, teatr üçün nələrsə edəcək. Lakin neçə ildir ki, təyin olunub, amma ortada köklü iş yoxdur, problemlər uzanıb gedir. Məsələn, dünya futbolunda məşqçiləri Azərbaycan komandalarına gətirirlər, amma onlar gedəndə deyirlər ki, "sizdə futbolçu yoxdur, heç nə edə bilmədik”. İndi isə bu adam Opera və Balet Teatrı kimi bir mədəniyyət qurumuna rəhbər təyin olunur. Mən Yusif Eyvazovdan əvvəl səhnədəyəm, teatrdayam, Moskva və İspaniyada təhsil almışam. Onun vəzifəsi bizi bir araya gətirib Azərbaycan operasını dünya səviyyəsinə çatdırmaq olmalı idi. Lakin Yusif Eyvazov bunu etmədi. Əvəzində isə operadan qovulan Səbinə Əsədovanı teatra qaytardı və özünə köməkçi təyin etdi. Nazirlik hələ də bilmir ki, bu qadın operada işləyir, yoxsa yox. Problem köklü həll olunmalıdır. Mən teatrda intriqa yaratmaq istəmirəm, sadəcə etik normalara əməl edilməyən hallar var. İnsanlar yerlərini bilməli, operanın inkişafı üçün əllərindən gələni etməlidirlər, amma etmirlər. Çox təəssüf.
- Samir Cəfərov olaraq Yusif Eyvazovla bu məsələ ilə bağlı danışmısınız?
- Bəli. Ona dedim ki, siz vəzifə səlahiyyətlərinizdən istifadə edirsiniz, Ramil Qasımovla birlikdə Heydər Əliyev Sarayında reklam olunursunuz, operada oxuyursunuz, özü də "Koroğlu”nu oxuyursunuz. Sabiq direktor Akif Məlikovun dövründə ədalət prinsipi var idi: baş rol bir dəfə mənə verilir, bir dəfə Raminə. İndi isə "Koroğlu”nu yalnız özü oxuyur. Bu düzgün deyil, bu səlahiyyətindən sui-istifadədir.
- Məlumata görə, mədəniyyət naziri teatrın narazı solistləri ilə görüşüb...
- Xeyr, mən belə bir görüşdən xəbərdar deyiləm. Bu məsələ ilə bağlı mədəniyyət naziri məni qəbul etməyib və kimləri qəbul etdiyini də bilmirəm.
- Siz Mədəniyyət Nazirliyinə şikayət etmisiniz? Nazirliyə getmisiniz?
- Xeyr, nazirliyə getməmişəm və bu barədə mənə heç bir məlumat verilməyib. Ola bilsin ki, digər solistləri dəvət ediblər. Teatrda iclas zamanı mən etirazımı bildirdim. Teatrın bir veteranı var - Atəş. Məsələ qaldırdım ki, biz arxa cəbhədə, Avropada olarkən bu adam vətənə xidmət göstərib, 44 günlük müharibədə iştirak edib. İndi isə siz onun 270 manat əmək haqqını kəsirsiniz. Niyə? Belə olmaz. Qazilərə, şəhid ailələrinə və müharibə veteranlarına cənab Prezidentin diqqəti və qayğısı var. Bunu nəzərə almalısınız. Bu hərəkətlə niyə özünüzü gözdən salırsınız? Bu sözləri iclasda mən demişəm. Amma mətbuatda yazılıb ki, guya bu sözləri orada Təyyar deyib. Təyyar heç vaxt onlara söz demir. Problemləri bir-bir üzünə vurdum. Məsələn, "Toska operası"nı Omana apardılar, ancaq özü oxuyurdu. Bizim solistlər kənarda qaldı, heç birini aparmadılar, hamısı kənarda qaldı, bir italyalı qızı gətirdilər və Azərbaycan teatrı adından oxutdular. Kompleks şəkildə işlər yoxdur. Göstərilən bu şeylərin təməli yoxdur.
- Ümid edirsiniz ki, teatrda yaranan narazılıqlar həllini tapacaq?
- Əgər həllini tapmasa, ərizəmi yazıb teatrdan gedəcəyəm. Bu ab-havada və göstərilən münasibətdə onlarla işləmək mümkün deyil. Teatrdan çıxmaq lazımdır. Mən teatrın direktoru tərəfindən özümə qarşı hörmətsizlik görürəm, həm danışığında, həm də rəftarında. Həm də onun köməkçisi Səbinə Əsədovadan hörmətsizlik görürəm. Hətta Opera və Balet Teatrının qarşısına mühafizə təyin ediblər. Təxminən 5–6 ay əvvəl teatra gəlmişdim, az qala məni döymək istədilər. İşlədiyimiz teatrda bizə qarşı bu qədər hörmətsizlik var.
OXŞAR XƏBƏRLƏR

Opera və Balet Teatrında qalmaqal: Veteran solistin maaşı niyə kəsildi?
Nəzakət Teymurova: Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər... - MÜSAHİBƏ
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub - Foto
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
Leyla Əliyeva “Qış nağılı”nın açılışında – Fotolar
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14