Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
2026-05-23 , 18:25

Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb.

Yenilik.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
İ.Bayramovun sözlərinə görə, texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur:
"Smart sayğaclar müəyyən qədər "ağıllı idarəetmə" imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik. Hazırda 500 mindən çox abonentin sayğacı yaşayış evlərində yerləşir və bu sayğacların əməkdaşlar tərəfindən oxunması və fakturalaşdırılması zamanı müəyyən çətinliklər yaranır. Bu səbəbdən sayğac göstəricilərinin oxunması və fakturaların formalaşdırılması üçün xüsusi elektron xidmət hazırlanıb".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.