Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur”

İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur”

İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur”
2023-03-06 , 11:48

İranın müxtəlif şəhərlərində orta məktəb şagirdlərinin zəhərlənməsi halları ilə bağlı məlumatlar daxil olmağa davam edir.

Lakin problemin həlli üçün rəsmilər arasında heç bir koordinasiyadan əsər-əlamət yoxdur.
Yenilik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məsələ ilə bağlı İran parlamentinin üzvü Məhəmməd Həsən Asəfəri İLNA-ya müsahibə verib.
“Şagirdlərin zəhərlənməsi elə bir məsələ deyil ki, parlament, hökumət və məhkəmə sistemi bunu görməzdən gəlsin və ya ona əhəmiyyətsiz yanaşsın. Bu məsələ ciddi araşdırılmalıdır, çünki məncə, bu, bioloji terrordur”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, bu zəhərlənmələr qəsdən və müəyyən dairələr tərəfindən məqsədli şəkildə törədilir.

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.