Putin və Zelenski Türkiyəyə gedir

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir.
Məlumata görə, andiçmə mərasimində iştirak etmək üçün çoxlu sayda xarici lider Türkiyəyə gələcək. Öz növbəsində Putin Ankaraya ayrıca səfər edəcək, bundan sonra Zelenskinin də Türkiyəyə gələcəyi gözlənilir.
Hələlik səfərlə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, Rusiya və Ukrayna prezidentlərinin səfəri zamanı müharibənin gedişi və taxıl müqaviləsi müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR