Yenilik.Az
www.Yenilik.Az » Dünya » Donald Trampın oğlu atasının həbsxanada şəkli olan köynəkləri satmağa başladı - FOTO

Donald Trampın oğlu atasının həbsxanada şəkli olan köynəkləri satmağa başladı - FOTO

Donald Trampın oğlu atasının həbsxanada şəkli olan köynəkləri satmağa başladı - FOTO
2023-08-25 , 14:18

Donald Trampın oğlu Donald üzərində atasının Corciyanın Fulton dairəsinin həbsxanasında çəkilmiş fotosu olan köynəklər və afişalar satmağa başlayıb.

Siyasətçinin oğlu bununla bağlı “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
O, səhifədə onlayn mağazasına keçid yerləşdirib və izləyicilərə buradan ABŞ-nin keçmiş prezidentinin həbsxana görüntüsü olan 29,9 dollara köynək və 19,9 dollara afişa ala biləcəklərini bildirib.
“Satışdan əldə edilən bütün gəlirlər tiranlıq və çılğınlıqla mübarizə aparmaq üçün “Legal Defense Fund” Hüquq Müdafiə Fonduna (Tramp komandasının hüquqi xərclərin qarşılanması fondu) gedəcək. Çoxlarından fərqli olaraq, mən özüm üçün qazanc əldə etməyə çalışmayacağam, amma kömək etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-nin keçmiş lideri Donald Tramp seçkiyə müdaxilə ittihamı ilə Fulton dairə həbsxanasında formal həbs prosedurundan keçib, lakin orada təxminən 20 dəqiqə qalıb. Daha sonra Tramp 200 min dollar girov qarşılığında həbsdən azad edilib və bundan sonra 2021-ci ildən bəri ilk dəfə olaraq “X” hesabında paylaşım edib. Paylaşımda özünün həbsxanada mavi kostyum, ağ köynək və qırmızı qalstukda çəkdirdiyi şəklini yayımlayıb. Həmçinin, “Heç vaxt təslim olma” və “Seçkilərə müdaxilə” yazıları ilə şəklə şərh verib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.