Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsveçin məşhur xəbər saytı antiterror əməliyyatından yazdı

İsveçin məşhur xəbər saytı antiterror əməliyyatından yazdı

İsveçin məşhur xəbər saytı antiterror əməliyyatından yazdı
2023-09-20 , 16:05

İsveçin məşhur svt.se xəbər saytı Azərbaycanın həyata keçirdiyi lokal antiterror əmliyyatları ilə bağlı material dərc edib. “Material Azərbaycan separatçı bölgədə antiterror əməliyyatına başlayıb” sərlhövəsi ilə ictimailəşdirilib”.


Musavat.com xəbər verir ki, bu barədə məlumatı Xəzərnews.az-a Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzoyev verib.

E.Mirzoyev qeyd edib ki, artıq Avropa ölkələrinin mediasının da Xankəndidəki qondarma qurumu öz adı ilə - yəni separatçı kimi təqdim etmələri təqdirəlayiqdir:

“Xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin şərtləri qeyd olunur. Bildirilir ki, erməni qüvvələri bölgəni tərk etməli, separatçılar isə silahlarını təhvil verərək elan etdikləri hökuməti ləğv etməlidirlər”.



E.Mirzoyev əlavə edib ki, İsveçin "Ekspress" qəzeti isə separatçıların Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatının ikinci günü razılığa gəlmələrindən yazıb. Qeyd edib ki, onları yola gətirmək üçün Azərbaycana 24 saat bəs etdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.