Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp GÜNDƏM oldu

Tramp GÜNDƏM oldu

Tramp GÜNDƏM oldu
2023-10-31 , 16:33

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı prezident Co Baydenin üslubunda çaşqınlığa yol verərkən yaxalanıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qəzetin yazdığına görə, Baydenin səhvlərini parodiya etməyi sevən siyasətçi seçicilərlə görüşdə özü səhvlər etməyə başlayıb. Belə ki, oktyabrın 29-da Ayova ştatının Su Siti şəhərində Tramp səhvən Cənubi Dakota ştatının Su Fo şəhərinin sakinlərinə təşəkkür edib.
“Son həftələrdə o, tərəfdarlarını kimsəyə səs verməməyə çağırıb və seçkidə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı məğlub etdiyini iddia edib”, - deyə qəzet yazır.
Qeyd olunur ki, Tramp İsrail və Fələstin arasında münaqişənin gərginləşməsi ilə bağlı son şərhlərində Qəzza zolağına nəzarət edən silahlı qrupun adını da dəfələrlə səhv tələffüz edib.
“Trampın artan şifahi səhvləri Respublikaçıların ən güclü hücum xətlərindən birini - Baydenin prezident olmaq üçün çox qoca olması arqumentini pozmaq təhlükəsi yaradır”, - deyə yazıda qeyd olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.