Makronun boşboğazlığı Ukraynanın acınacaqlı vəziyyətini ağırlaşdırıb
Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyünü elan etməsindən sonra Kiyevdə vəziyyət daha da pisləşib.
Müəllifin sözlərinə görə, Makron dəfələrlə verdiyi bəyanatlardan sonra geri çəkilməli olub, onun axırıncı səhv addımı isə Ukraynanın acınacaqlı vəziyyətini daha da ağırlaşdırıb.
Nəşrdə bildirilib ki, fransalı siyasətçilər Makronun Rusiyaya güclü strateji siqnal göndərmək və Qərbi Kiyevə dəstəyi artırmağa sövq etmək istədiyinə inanırlar, ancaq Makronun niyyəti tam iflasa uğrayıb - sözləri tərs effekt verib; NATO qoşunlarının Ukraynada münaqişəsi zonasına göndərilə biləcəyinin qeyd edilməsi Makronun həm tərəfdaşlarının, həm də münaqişənin hara gedəcəyi ilə bağlı narahatlığı artan Avropa ictimaiyyətinin açıq-aşkar narazılığına səbəb olub.
Qəzet yazır ki, indi Kiyevə dəstəyə bütün Avropa liderlərini razı salmaq üçün kollektiv gücə ehtiyac var.
“Hərbi personalın göndərilməsi ideyasını təbliğ etmək cəhdləri davam edərsə, imtina riskləri daha da artacaq. Beləliklə, Ukrayna ciddi əks-hücum üçün döyüşçü və sursat çatışmazlığına görə çətin vəziyyətə düşdü. Kiyev yalnız gözləyə və ümid edə bilər ki, gələn il vəziyyət dəyişəcək”, - deyə icmalçı sözlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR