Putin alma qıtlığından gileyləndi
"Rusiyada alma qıtlığı davam edir".
Menyaylo deyib ki, onun regionunda 1,5 min hektar ərazisi olan Rusiyanın cənubundakı ən böyük alma bağı yerləşir.
"Və hələ də kəsir var, yaxşılaşdırılması üçün imkanlar da mövcuddur", - deyə Putin cavabında vurğulayıb.
Avqust ayında Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut iddia etmişdi ki, keçən il Rusiyanın alma ilə təmin edilməsi 87 faiz təşkil edib və hakimiyyət 2028-ci ildə bu rəqəmi 100 faizə çatdırmaq niyyətindədir.
Qeyd olunur ki, Rusiyada may şaxtaları səbəbindən almaların 50%-dən 70%-ə qədəri zədələnib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi də oktyabrın əvvəlində bu şaxtalarla əlaqədar ölkənin mərkəzi və şimal-qərb bölgələrində hazırkı alma məhsulunun normanın cəmi 30-40 faizini təşkil etdiyini açıqlayıb.
Məlumata görə, problemin həlli məqsədilə hökumət itirilmiş məhsulu Azərbaycan, Ermənistan, Türkiyə, Serbiya, Çin, Belarus, Dnestryanı və Şimali Koreyadan gətirilən tədarüklərlə əvəz etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR