Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı

Bakıda “McDonalds”da insident - Müştəri sifariş menyusunun monitorunu sındırdı
2023-07-08 , 17:12

Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib. "Qafqazinfo" xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.

 
Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.
 
Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.
 
Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.
 
Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.