Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADI

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanoğlu bu gün səhər saatlarında vəfat edib.
“Xəstə yatmırdı, anidən olub. Trombu var idi, böyrəkləri işləmədi...
Bu dəqiqə dəfnə hazırlaşıram, meyiti hələ ortadadır, danışa bilmirəm”, - o bildirib.
Qeyd edək ki, gözəl səsi olan Emil Rəhmanoğlu uzun müddət narkotik asılılığından əziyyət çəkib. O, 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub. 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.
2 dəfə ailəli olub. 43 yaşı var idi.
OXŞAR XƏBƏRLƏR