Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Gənc qadın 8 aylıq körpəsini dənizə atdı - ŞOK GÖRÜNTÜLƏR

Gənc qadın 8 aylıq körpəsini dənizə atdı - ŞOK GÖRÜNTÜLƏR

Gənc qadın 8 aylıq körpəsini dənizə atdı - ŞOK GÖRÜNTÜLƏR
2023-12-04 , 17:43

Keniyada bir qadının 8 aylıq körpəsini dənizə atdığı iddiası ilə saxlanıldığı bildirilib.


Musavat.com xəbər verir ki, körpənin ətrafdakılar tərəfindən xilas edildiyi və müalicə olunduğu bildirilib.

"Citizen" televiziyasının məlumatına görə, dünən Mombasada limanda gözləyən bərədə olan qadının 8 aylıq körpəsini dənizə atıb.

Körpə ətrafdakılar tərəfindən xilas edilərkən çəkilən və sosial mediada yayılan görüntülərdən sonra hadisə ilə bağlı araşdırma başladılıb. Hadisə şahidlərinin qadının körpəni qəsdən dənizə atdığını iddia etməsindən sonra polislər tərəfindən saxlanılan qadın nəzarətə götürülüb.
Müalicə altında olan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.