Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Aktau tərəfdə Xəzərin sahil hissəsi donub

Aktau tərəfdə Xəzərin sahil hissəsi donub

Aktau tərəfdə Xəzərin sahil hissəsi donub
2023-12-15 , 14:21

Bu həftə Qazaxıstanda qarlı-şaxtalı hava şəraiti hökm sürüb. Ölkənin bir çox yerlərində şaxta 27 dərəcəyə çatıb, çaylar, göllər donib.

Musavat.com xəbər verir ki, Qazaxıstanda donan su hövzələri arasında Xəzər dənizinin şimal-şərq hissəsinin sahilləri də var.
Yerli media dənizin sahil zolağının donmasını əks etdirən qeyri-adi görüntülərin sosial şəbələ istifadəçilərini sevindirdiyini yazıb.
Onlardan bəziləri görüntülərə şərh olaraq belə yazıblar: “Apokalipsis haqqında filmlərdə olduğu kimi”; "Müdhiş gözəllik"; "Buz mavisi" və s.
Xəzərin sahil hissəsinindonmasını əks etdirən videogörüntüləri Aktaudan olan bloger Azamat Sarsenbayev lentə alıb və yayıb.
Videoda buzlu qayalar, şamandıralar və estakada görünür. Amma o da görünür dəniz tam donmayıb, dalğalar hələ də sahilə vurur.
Gözəllik hayında olmayan, məsələyə sırf ekoloji problem kimi yanaşanlar isə bu cür şərhlər yazıblar: “Niyə heç kim Xəzərin problemləri ilə məşğul olmur, dənizin donmasının səbəbini kim tapmalıdır, bu niyə baş verir, alimlər hardadır, niyə heç kimi maraqlandırmır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.