Yenilik.Az
www.Yenilik.Az » İdman » Bacısı Ronaldunun spirtli içkilərdən istifadə etməməsinin səbəbini açıqladı

Bacısı Ronaldunun spirtli içkilərdən istifadə etməməsinin səbəbini açıqladı

Bacısı Ronaldunun spirtli içkilərdən istifadə etməməsinin səbəbini açıqladı
2023-06-24 , 15:00

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun bacısı Katya Aveyro qardaşının həyat yolundan yazıb.

O, özünün “Instagram” hesabında 38 yaşlı hücumçunun heç vaxt spirtli içki içmədiyini qeyd edib:
“Ronaldu qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol aludəçisi olan atası kimi olmamaq qərarı verdi.  Buna görə də Kriştianu heç vaxt bir damla spirtli içki içməyib. O, dünyanın zirvəsinə qalxmaq istəyirdi. Ronaldu bütün uğursuzluqlara baxmayaraq, qalibdir”.
Qeyd edək ki, Ronaldu hazırda Qətərin “Ən-Nəsr” klubunda oynayır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.