Ronaldu "Əl-Nəsr"dən ayrılmaq istəyir

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmaq istəyir.
Nəşrin müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldunu qane etmir. Yaxın ətrafı onun Avropaya qayıtması üçün çalışır.
Təcrübəli forvard üzrlü səbəb olmadan "Əl-Nəsr"i tərk etmək qərarına gəlsə, FIFA qaydalarına əsasən, qalan iki illik sözləşmə üçün təzminat ödəməli olacaq. Bundan əlavə, oyunçuya sanksiya da nəzərdə tutulacaq.
Qeyd edək ki, Ronaldu ilin əvvəlindən "Əl-Nəsr"in formasını geyinir. O, yerli çempionatda 14 matça çıxıb və 13 qola imza atıb.
OXŞAR XƏBƏRLƏR