Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda vəkilin maşınının nömrəsini oğurlayıb pul tələb etdilər - Video

Bakıda vəkilin maşınının nömrəsini oğurlayıb pul tələb etdilər - Video

Bakıda vəkilin maşınının nömrəsini oğurlayıb pul tələb etdilər - Video
2023-03-01 , 19:32

Bakı şəhərinin mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.

Nömrənin qaytarılması üçün isə maşının sahibindən küllü miqdarda pul tələb ediblər.
Yenilik.az xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, film kimi hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.
O, deyir ki, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.
Nömrəni oğurlayan şəxs və ya şəxslərlər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.
Şahin Rəhimov həmin nömrə ilə vatsapp üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.
Bu barədə polisə məlumat verən müsahibimiz xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.
Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.