Bakıda silahlı insident
Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub.
DİN-dən verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıblar.
OXŞAR XƏBƏRLƏR