Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Elgiz verilişə gələn qadına "vulqar görünürsən" dedi

Elgiz verilişə gələn qadına "vulqar görünürsən" dedi

Elgiz verilişə gələn qadına
2023-03-17 , 13:09

Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişə gələn Nailə adlı qadını geyiminə görə tənqid edib. 

Yenilik.az xəbər verir ki, aparıcılarla yanaşı verilişdəki ekspertlər də qadını canlı yayımda qınayıblar. 
Yazıçı Aydın Xan Əbilov qadınların ünvanına "Kişilərin adı çıxıb, siz qadınlar onlardan beş betərsiniz. Kişiləri qısqandıran qadınların geyimidir. Qadınlar da kişiləri qısqanır: çayxanaya gedəndə və ya başqa məsələdə. İctimai nəqliyyatda gedirsinizsə, həddindən artıq dar paltar geyinməyin mənası nədir? Kimin üçün bunu geyinirsiniz? Sonra da deyirsiniz ki, kişilər bizə söz atır" sözlərini söyləyib. 
Onun sözləri aparıcı Pərvanə Tahirqızını özündən çıxarıb. O, "Hansı dövrdür? Kimə nə yaraşırsa, özünə nə yaraşdırırsa, geyinir. Bir insan ki, öz bədənini tanıyır, özünə hörmət edir, geyimi onu yox, o geyimi daşıyırsa, heç kim əngəl ola bilməz. Sizə əsəbiləşdim, bunu gözləmirdim" deyə, cavab verib. 
Yazıçının sözlərini aparıcı Elgiz Əkbər təsdiqləyib. O, Nailə adlı qadını ayağa qaldıraraq onu tənqid edib:
"Köksünüz, bu şəkildə şalvar sizi çox vulqar göstərir. Özü bilər, geyinsin. "Niyə geyinmisən?" sözünü demirəm. Kənardan müzakirə edirik. Məni də tənqid edirlər. Həmişə bədən quruluşunuza uyğun olmayan paltarlar geyinirsiniz. Ətləri gizlətmək əvəzinə, onu daha da qabardırsınız. Açıq şəkildə göstərirsiniz ki, məndə var və normadan artıqdır".




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.