"Bir çox insan mənimlə maraqlanır" - Mina Hüseyn / VİDEO

Gənc müğənni Mina Hüseyn yeni sevgilisi barədə danışıb.
Müğənni sevgilisi ilə bir ay öncə tanış olduğunu qeyd edib:
“Oğlanın üzünü bağlayıb paylaşdım. Çox yeniyik, 1 aydır ki, sevgiliyik, hələ bir-birimizi tanıma mərhələsindəyik. Sadəcə, mən üzdə olan xanımam və bir çox insan mənimlə maraqlanır. Həyatımda birinin olduğunu bildirmək üçün o şəkli paylaşdıq. Yenə bu qədər danışıldı. Biz xoşbəxtik, çox xahiş edirəm, hələ ki, bizə dəyməyin. Mən Ümrə ziyarətinə getmişdim, orada tanış olmuşuq. Məncə, bu Allahın qismətidir. Xasiyyəti çox gözəldir, sənətimdə mənə dəstək olur, deyir, istəyirəm ki, oxuyasan. Hörmət edir, dəyər verir, qayğıkeşdir. Onunla çox xoşbəxtəm. Allah hamını xoşbəxt etsin, mən də onların içində”- deyə muğənni vurğulayıb.
Qeyd edək ki, M.Hüseyn S.Həsənovla ötən il mart ayında gizli şəkildə ailə qurub. Aylar sonra sənətçi ərindən ayrıldığını və boşanmaq üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.