Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Hüsniyyə sürücülərdən şikayət etdi

Hüsniyyə sürücülərdən şikayət etdi

Hüsniyyə sürücülərdən şikayət etdi
2023-03-20 , 11:47

Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib.

Yenilik.az xəbər verir ki, videoaçıqlama yayan aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib:
"Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə "eşşəklər" çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdır. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam. Yadınızdadırsa, siqnallar var idi, "Lambada" səsi verirdi, sifariş də edə bilirdiniz. Onun kimi sifariş edirsiniz ürək sözlərinizi və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır".
Hüsniyyə daha sonra "Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər" sözlərini əlavə edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.