"Məni almadı, gedib başqası ilə evləndi"
"Xəstəlikdən danışmaq istəmirəm. Yaxşıyam. Həyat davam edir".
"Bu xəstəlik üstünə tez düşülməsini tələb edir. Həm də əlində vəsait olmalıdır. Təsadüf nəticəsində vaxtında öyrəndim. 23 ildir bu xəstəlik məndə var. Daim nəzarətdə saxlayırdım. Getdiyim xarici ölkədə ilk bunu yoxlatdırırdım. Keçən il boğazıma divan tutdum, soyuq su içdim. Mən anadangəlmə astma xəstəsiyəm. Sənəti bu xəstəliklə birlikdə yaşadıram".
Aparıcı Xoşqədəm Hidayətqızı əməkdar artist Zakir Əliyevə "Könül Xasıyevanın hansı ifasını sevirsiniz" sualını ünvanlayıb. Xasıyeva isə onun sözlərinə belə reaksiya verib:
"Zakirlə bir sinifdə oxumuşuq, eyni partada oturmuşuq. Bir özümü sevmədi. Məni almadı, getdi xalası qızı ilə evləndi. Çox əlləşdim, vuruşdum, olmadı. Allah xoşbəxt eləsin".
Z.Əliyevin "Xalam var ki, qızı da ola" sözlərinə xanəndə "Qısqanclıqdan mənə düzünü də deməyib" cavabını verib.
OXŞAR XƏBƏRLƏR