Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Britninin psixi sağlamlığında ciddi problemlər OLDUĞU İDDİA OLUNUR

Britninin psixi sağlamlığında ciddi problemlər OLDUĞU İDDİA OLUNUR

Britninin psixi sağlamlığında ciddi problemlər OLDUĞU İDDİA OLUNUR
2023-05-16 , 16:00

Müğənni Britni Spirsin həyat yoldaşı Sem Askeri ilə münasibətlərində problem yarandığı iddia olunub.

Yenilik.az TMZ-yə istinadla xəbər verir ki, ər-arvad daim mübahisə və qalmaqal, bəzən hətta fiziki güc istifadəsinə gəlir. Müğənni Semə yumruqla hücum edib. Evdə yaranan səs-küy səbəbindən qonşular təhlükəsizlik xidmətini çağırıb. Müğənni daha sonra ərini evdən qovub. Hətta bu münaqişələrdən birinə cangüdənlər müdaxilə etməli olub.Xarici mediada yer alan məlumatlara görə, Britninin psixi sağlamlığında ciddi problemlər var və o, antidepressantlar qəbul edir.
Hazırda ifaçı demək olar ki, sosial media hesabından istifadə etmir və bu səbəbdən pərəstişkarları onun vəziyyətindən xəbərsizdir. Sem isə yalnız 4 gün əvvəl Britni ilə olan şəklini paylaşıb.
Qeyd edək ki, ötən ilin yayında ailə quran cütlük yanvarda restoranların birində mübahisə etmişdi. Sem ifaçını sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmiş və məkanı tərk etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.