"ATV-də kim xəstələnir yerinə İlhaməni çağırırlar"

"ATV kanalında bütün formata uyğunlaşan insanam. Kim xəstələnir, kim yoxdur İlhaməni çağırırlar".
"Məni heç kim tək bir çərçivəyə sığdıra bilməz. Hər verilişin öz formatı var. Burada pozitiv olmalısan, insanlar əyləncə gözləyir. Rəhbərliyin bizə verdiyi fürsətdir. Bir neçə layihəni aparırıq. Bir çox iradları qəbul edirik. Səhnədə peşəkarlaşırıq. İşimiz üçün vacibdir. Bu olmasın, başqa veriliş olsun. Bir də gördünüz xəbərlər aparıram".
Qeyd edək ki, bir müddətdir aparıcı Vüsalə Əlizadə verilişə çıxmır. Onu "7 canlı"da İlhamə əvəzləyir.
OXŞAR XƏBƏRLƏR