Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Röya yıxdı-sürüdü: “Qabağıma çıxmasınlar, məndən uzaq olsunlar“ - VİDEO

Röya yıxdı-sürüdü: “Qabağıma çıxmasınlar, məndən uzaq olsunlar“ - VİDEO

Röya yıxdı-sürüdü: “Qabağıma çıxmasınlar, məndən uzaq olsunlar“ - VİDEO
2023-07-13 , 16:31

"İndi bu sənətdə səs tembri ilə bağlı çox böyük aclıq var. Bir söz var, onu demək istəmirəm. Bu dəqiqə ucuz səs tembrləri çoxdur. İnsanın beynini yorur. Çox ucuz səslər və eyni tərzlər... Ona görə, belə qərara gəldim ki, biz dayanıb, yerimizdə saymamalıyıq. Yeni səsləri dostluq edib, ortaya çıxarmalıyıq". 

Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Səhərin səsi" verilişində deyib. 
Səhnədəki ucuz səslərdən şikayətlənən Röya onlardan uzaq qaçdığını dilə gətirib: 
"İsmayıl qardaşım və Aygül xalam qızı olmasaydılar belə, onlara dəstək çıxacaqdım. Əgər tembr gəşəng səslənirsə, qoy, səhnəyə çıxsın. O ucuz səslərdən yorulmuşam. Şükürlər olsun ki, o səsləri radioda yayımlamırlar.
Azərbaycan radiolarına çox böyük təşəkkürümü bildirirəm. O səslər ancaq telekanallarda və sosial şəbəkələrdə, internetdə var. Çox istəyirəm ki, o ucuz səslər qabağıma çıxmasın. Məndən uzaq olsun". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.