Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Rəhmətlik gedib mənim üçün dekolte libaslar alırdı" - Samirə Yusifqızının HƏYAT HEKAYƏSİ - VİDEO

"Rəhmətlik gedib mənim üçün dekolte libaslar alırdı" - Samirə Yusifqızının HƏYAT HEKAYƏSİ - VİDEO

2023-08-08 , 11:52

Meyxanaçı Samirə Yusifqızı şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Xoş gəldim” verilişinə qonaq olan sənətçi həyat yoldaşı Fazil bəylə nişanlanmağından, onunla ailə qurmağından və vəfatından danışıb.
Samirə bildirib ki, 18 yaşı olanda 40 yaşlı Fazil bəylə nişanlanıb. Həyat yoldaşının evi olmadığından meyxanaçı ona qoşulub qaçmaq məcburiyyətində qalıb və onlar kirayə evdə yaşayıblar. Samirənin həyat yoldaşı 52 yaşında vəfat edib:
“Rəhmətlik mənim qucağımda vəfat edib. Toyda xeyli rəqs etdi. Sonra halı pisləşdi. Dedim ki “Fazil nə oldu?” Elə orada da keçindi. Ondan sonra bir il mən şok keçirdim. Gecə olanda da da işıqda yatırdım. Hər gün mənə təcili yardım çağırırdılar. Bundan sonra təzyiq və ürək xəstəliyi tapdım”.
Meyxanaçı həyat yoldaşının ona bu sənətdə hər zaman dəstək olduğunu deyib:
”Mənim səhnəyə yenidən qayıtmağımda onun böyük rolu olub. Rəhmətlik gedib mənim üçün dekolte libaslar alırdı. Deyirdim ki, utanıram bunları geyinməyə... Həmişə mənə deyirdi ki “Nə qədər ki, mən sağam geyin””.
Ətraflı videoda:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.