Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Maybach" alan Azərbaycanlı müğənni: "İndiyə qədər 48 maşınım olub" - FOTO/VİDEO

"Maybach" alan Azərbaycanlı müğənni: "İndiyə qədər 48 maşınım olub" - FOTO/VİDEO

2023-08-10 , 13:55

Müğənni Rəvan Qarayev yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.

 
Yenilik.az xəbər verir ki, “Həmin Zaur” proqramına qonaql olan ifaçı bu günə qədər 48 avtomobilə sahib olduğunu bildirib.
 
“Mən 10-cu sinifdə oxuyanda maşınım var idi. Sürücülük vəsiqəm olmadığına görə  onu idarə edə bilmirdim. İlk avtomobilim isə “Zaparoji ZAZ” olub. İndiyə qədər isə ümumilikdə 48 maşınım olub”.
 
Xatırladaq ki, müğənni Rəvan Qarayev mətbuatda lüks və bahalı avtomobilləri ilə gündəmə gələn məşhurlardandır. O ötən il özünə qara rəngli "Maybach" markalı  maşın alıb. Əvvəllər isə ifaçının ağ rəngli “Range Rover” markalı maşını olub.Yerli mətbuatda yayılan xəbərlərə görə, sənətçi bu günə qədər avtomobilləri ilə iki dəfə ağır qəza keçirib.(baku.vs)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.