Səhnəyə şortiklə çıxdığına görə tənqid olunan Mahsundan AÇIQLAMA (VİDEO)

Türkiyəli müğənni Mahsun Kırmızıgül səhnəyə şortiklə çıxdığına görə onu tənqid edənlərə cavab verib.
"Bir ay öncə səhnəyə şortla çıxmağım sosial mediada tənqid olunur. Hadisə belə baş verib. Konsertdən sonra səhnədən endim və gündəlik geyimimi geyindim. 8-10 dəqiqə sonra isə səhnənin arxa qapısından çıxarkən dinləyicilərimlə rastlaşdım. Onların məni yenidən səhnəyə səslədiklərini eşitdim. Son anda pencək geyinib yenidən səhnəyə çıxmaq məcburiyyətində qaldım. Dinləyicilərimdən də geyimimə görə üzr istədim. Dinləyicilərimə, sevənlərimə səhnədə olduğum müddət ərzində heç vaxt hörmətsizlik etməmişəm. Onlara mənim qədər hörmət edən ikinci sənətçi də yoxdur. Bunu da belə bilin".
OXŞAR XƏBƏRLƏR