Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zeynəb Həsənini "Torqovı"da meymun DİŞLƏDİ - ANBAAN VİDEO

Zeynəb Həsənini "Torqovı"da meymun DİŞLƏDİ - ANBAAN VİDEO

Zeynəb Həsənini
2023-09-17 , 15:21

Müğənni Zeynəb Həsənin başına bədbəxt hadisə gəlib.  


Yenilik.az bizim.media-ya istinadən bildirir ki, Fəvvarələr meydanı (Torqovı - red.) ərazisində sənətçinin meymunla şəkil çəkdirmək arzusu xoşagəlməz hadisə ilə nəticələnib. 

Belə ki, Həsəni meymunu çiyninə alıb. Həmin an meymun qəfil Zeynəbin üzünə əl ataraq, alnını dişləyib.  

Nəticədə müğənninin alnı kiçik zədə alıb və qızarıb. Hadisədən şok keçirən Zeynəb ətrafında olan insanlardan "spirt" istəyib.  

Bu anları isə Həsəninin həmkarı və rəfiqəsi Şəbnəm Qəhrəmanova çəkərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.