Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigar Şabanovanın arxiv VİDEOsu yayıldı

Nigar Şabanovanın arxiv VİDEOsu yayıldı

Nigar Şabanovanın arxiv VİDEOsu yayıldı
2023-09-18 , 09:28

Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədə yayılan arxiv videosu gündəm olub.

Məlumata görə, 16 il əvvəl "Xalq ulduzu" milli musiqi yarışmasında iştirak edən sənətçinin görüntüləri görənlərin marağına səbəb olub.
2007-ci ildə yarışmada səsi və avazı ilə tamaşaçıların rəğbətini qazanan Şabanova illər əvvəl və indiki görünüşü ilə də xeyli diqqət çəkib.
Sosial şəbəkə əhli müğənninin səsini bəyənsələr də, son zamanlar görünüşündə etdirdiyi dəyişikliyinə "Gözəl olub, amma əməliyyatlardan sonra individuallığını itirib" şərhini yazıblar.
Qeyd edək ki, N.Şabanova burnunda "rinoplastika" əməliyyatı etdirib, yanaqlarındakı piyi "bişektomiya" əməliyyatı ilə çıxarıb və ayrı-ayrı zamanlarda iki dəfə "bədənşəkilləndirmə" əməliyyatını etdirib.//Bizim.Media

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.