Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Həyat yoldaşımı başqa xanımla görsəm, gözümü yumub keçərəm"

"Həyat yoldaşımı başqa xanımla görsəm, gözümü yumub keçərəm"

2023-11-16 , 15:33

Müğənni Yeganə Mürsəlovanın xəyanətlə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi həyat yoldaşının xəyanətini bağışlayacağını deyib. 
"Ailə elədir ki, hər şey evin içində qalmalıdır. Xanım da bəzi şeyləri udmalıdır, bəylər də. Balalara xatir olmalıdır".
Yeganə aparıcının "Bilsəniz ki, həyat yoldaşınızın həyatında başqa qadın var, bağışlayarsınız" sualına "Gəlib özü desə ki, başqa xanımla həyatımı davam edirəm, çıxıb gedərəm. Amma özüm görsəm, gözümü yumub keçərəm. Oğlum özüm boydadır" cavabını verib.
Qeyd edək ki, Yeganə Fatih Akbudak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.