Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Türkana efirdə ev hədiyyə etdilər - VİDEO

Türkana efirdə ev hədiyyə etdilər - VİDEO

Türkana efirdə ev hədiyyə etdilər - VİDEO
2023-11-23 , 15:18

Müğənni Türkan Vəlizadəyə efirdə ev hədiyyə olunub.

Yenilik.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi bununla bağlı məlumatı qonaq olduğu "7 tamam" axşam şousunda alıb.
Sənətçiyə Yasamal ərazisində yerləşən çoxmərtəbəli yeni tikili binaların birində 100 kvadratlıq təmirsiz məzil hədiyyə olunub. Əlavə edilib ki, mənzil tam təmir olunaraq Türkana təhvik veriləcək.
Evin görüntüləri proqramda yayımlandıqdan sonra Vəlizadəyə mənzilin açarları təqdim olunub. Lakin Türkan bu bahalı hədiyyədən imtina edib: "Çox təəccübləndim. Bir sıra pərəstişkarlar istəyirlər ki, onların sevdiyi sənətçilər gözəl evlərdə yaşasınlar. Şükürlər olsun ki, əziyyətlə çalışıb pulumuzu qazanıb, özümüzə hansısa bir şərait qura bilirik. Mən tanımadığım insanlardan hədiyyə qəbul etmirəm. Bəlkə də o insanın özü buraya gəlsəydi və bu hədiyyəni mənə təqdim etsəydi heç olmasa bilərdim ki, kimdir...
Mən məzil hədiyyə verəcək insanı isə yaxından tanımaq istəmərəm. Çünki mənə ev lazım deyil. Şükürlər olsun ki, evim var. Valideynlərimlə birgə o evdə yaşayıram. Mənə sevgi lazımdır. Qadın sevgisi, istəyi, diqqəti... Mən heç mənə ev hədiyyə edən o insanın ailəli və ya subay olduğunu da bilmirəm. Heç nə istəmirəm. Bəlkə bu insan üzüklə studiyaya gəlsəydi...
Mən hu hədiyyəni qəbul etməyəcəyəm. Amma onu da deyim ki, məni heç kim heç zaman hədiyyələrlə ürəyimi ala bilməz. Bu mümkün deyil. Çünki, dünya malı dünyada qalacaq. Mənə isə dəyər, sevgi lazımdır. Əgər bu insanın fikri ciddidirsə, o zaman özünü təsdiqləsin".
Verilişin gedişatında Türkan sevgilisinin olmadığını vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.