Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vəfa Zeynalovadan etiraf: “Düz iş görmədim, xəyanət etdim”

Vəfa Zeynalovadan etiraf: “Düz iş görmədim, xəyanət etdim”

Vəfa Zeynalovadan etiraf: “Düz iş görmədim, xəyanət etdim”
2023-12-04 , 12:40

"Xoşlayıram tamaşaçı qarşısına işlə çıxım. Son vaxtlar işsizlikdir. Deyirəm nədən danışım? Nə edəcəm, yeni işim yoxdur, təqdim edə bilmirəm. Eyni zamanda seçiciyəm. Özümü görmədiyim yerdə olmaq istəmirəm".

Yenilik.az Axsam-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "Səhər mərkəzi" proqramında deyib.
Aktrisa TV-yə çıxmamasının səbəbini açıqlayıb:
"Rejossordan yeni təklif gözləyirik. Mənə uyğun təklif olarsa, vicdanla oradayam. Tamaşaçını aldatmaq olmaz. O qədər düzgün çatdırmalıyam ki... Özüm razı qalmayanda həmin gecə yata bilmirəm. Düşünürəm ki, düz iş görmədim, sənətimə xəyanət etdim. Ssenari, ətrafdakı qrup və tərəf müqabili qane etsə, peşəkar iş gözləyirəm, çox gözləyirəm. Ürəyim istəyən işin içində olmadığıma görə düzgün kollektivdə işləmək istəyirəm.
V.Zeynalova serialların hazırki durumundan gileylənib:
"Maraqlı, iddialı ideyaları olan gənclər var. Seriallardan razı olub-olmamağımın iki tərəfi var. Desəm ki, yox, hamı mənimlə razılaşacaq. Razıyam, nədən? Uşaqların gördüyü işdən razıyam. Komanda o işləri görür, xırda büdcələrlə nələrsə yaradırlar. Serial bazarını gözdən keçirsək acınacaqlı haldır. Keyfiyyətdən narazıdırlar, amma bilmirlər nə əziyyətlərlə onu edirlər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.