Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Meyxanaçı Samirə: "Vecimə də deyil, qoy, paxıllıqdan ölsünlər"

Meyxanaçı Samirə: "Vecimə də deyil, qoy, paxıllıqdan ölsünlər"

Meyxanaçı Samirə:
2023-12-04 , 17:47

"Məndən niyə yazırlar ki? Getsinlər 50 yaşdan sonra soyunub lütdənənlərdən yazsınlar".

 
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı qızı Fərəhlə olan fərqli fotosessiyasının tənqidlə qarşılanmasından danışarkən deyib.
 
Meyxanaçı bu şəkillərin yeni kliplərindən olduğunu vurğulayıb:
 
"Bu, bizim həm klipimizin çəkilişi, həm də fotosessiyamızdır. Klip Qusarda çəkilib. Hələ iki məkanda çəkiliş işlərimiz qalıb, onlar da yekunlaşan kimi klip tamaşaçılarımıza təqdim olunacaq”.
 
Meyxanaçı onları tənqid edənlərə belə cavab verib:
 
"İndi də geyimlərimiz girir gözlərinə? Yaxşı edib geyinmişəm. Nə geyinməyimizı gedib onlardan soruşmalıyam? Qızım iki ildir müğənnidir, oxuyur, toylara dəvət alır. Heç yerimiz açıq deyil, hər yerimiz bağlıdır. Gül kimi şəkillərdir. Bizə nə olub, hər yerimiz bağlı, abırlıdır. Biz müğənniyik, sənət adamıyıq. Kim nə istəyir danışsın, vecimizə də deyil, qoy, paxıllıqdan ölsünlər”.
 
Qeyd edək ki, meyxanaçı Samirə Yusifqızı qızı Fərəhlə fərqli fotosessiya etdirib. Tənqidə səbəb olan bu obrazların üzərində Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.