Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Tolik Mətanət İsgəndərlini tənqid etdi: "Efirlərə çıxıb bar-bar bağırır ki..."

Tolik Mətanət İsgəndərlini tənqid etdi: "Efirlərə çıxıb bar-bar bağırır ki..."

Tolik Mətanət İsgəndərlini tənqid etdi:
2023-12-06 , 13:01

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial media hesabında müzakirələrə səbəb olan paylaşım edib. Belə ki, Canana keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığını iddia etdiyi görüntüləri paylaşıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə bu görüntülərə tanınmışlardan da sərt reaksiyalar gəlib.
Belə ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu barədə qeyd edib:
"Mənim o uşağa ürəyim ağrıdı. Görün necə bezdiriblər! Bu yeniyetmə indi dərsini oxuyub, məşqinə getməlidir. Ögey anadan çəkdiyi nədir? Mətanət İsgəndərli efirlərdə bar-bar bağırıb nəvələrim deyir. Budur, nəvə qalıb qapı arxasında!"
Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilib. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.