Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Mən çox istərdim ki, barışsınlar" - Nəfəs ayrılıq xəbərindən danışdı

"Mən çox istərdim ki, barışsınlar" - Nəfəs ayrılıq xəbərindən danışdı

2023-12-06 , 22:16

Tanınmış müğənni Nəfəs həmkarı Vəfa Şərifovanın həyat yoldaşından ayrılması xəbəri ilə bağlı danışıb.

Müğənni AZXEBER.COM-a açıqlamasında Vəfanın həyat yoldaşından həqiqətən ayrıldığını, bunun reklam xarakterli olmadığını bildirib.

Cütlüyün münasibətlərində problemlərin olduğunu deyən Nəfəs onların hazırda danışmadığını bildirib:

"Vəfa xanımın açıqladığı hər şey doğrudur. Hazırda onların münasibətləri davam etmir. Belə düşünürəm ki, Vəfa bu qərarı veribsə, demək ki, həqiqətən də bu münasibətdə artıq yolunda getməyən bir şeylər olub. Mən çox istərdim ki, barışsınlar. Çünki yoldaşı çox gözəl insandır. Bu onların şəxsi məsələsidir. Bizə də çox danışmaq düşməz".

Nəfəs Vəfanın boşanma xəbərini reklam xarakterli adlandıranlara da səslənib:

"Kim bu xəbərin reklam olduğunu düşünürsə, bu onların düşüncəsinin zəifliyidir. Bir qadın heç vaxt səbəbsiz yerə öz ailəsinə şər atmaz və ya reklam xatirinə ailəsini belə bir mövzu ilə gündəmə gətirməz. Vəfa xanım o qadınlardan deyil. Qısacası, Vafanın dediyi hər şey doğrudur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.